Ərdoğan getdi

17:49 | 03.09.2014
Türkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycan səfəri yekunlaşıb. ANS PRESS-in məlumatına görə, R. T. Ərdoğan "TUR" adlı şəxsi təyyarəsi ilə Heydər Əliyev adına Beynəlxalq Havalimanından Böyük Britaniyaya yola düşüb. O, Uelsdə NATO-nun Zirvə Sammitində iştirak edəcək. Qeyd edək ki, Türkiyə prezidenti R. T. Ərdoğan Azərbaycan səfəri zamanı prezident İlham Əliyevlə görüşüb. Tərəflər arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib.ANN.Az

Xəbər lenti