Ərdoğan Harrislə görüşməyi planlaşdırır

20:24 | 20.09.2024
Ərdoğan Harrislə görüşməyi planlaşdırır

Ərdoğan Harrislə görüşməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə başlayacaq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsindən öncə ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşməyi planlaşdırır.Bu barədə "Bloomberg” xəbər verir.

Məlumata görə, prezidentliyə namizəd Harris seçki kampaniyası üçün vəsait toplama tədbirində iştirak etmək üçün bazar günü Nyu Yorka gələcək.

Türkiyə lideri Harrislə görüş istəyib və onun komandasından cavab gözləyir. Ərdoğan ABŞ-nin Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi Tim Uolts ilə də görüşə açıqdır.

"Türkiyə Prezidentinin demokratlarla görüşündə əsas məqsədi rəsmi Ankaranın Vaşinqtonla münasibətlərin səviyyəsini saxlamaqdır”, - "Bloomberg” qeyd edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti