Türkiyə prezidenti parlament seçkilərindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament seçkilərindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Türkiyə prezidenti hər kəsi eqolarını kənara qoymağa və qısa zamanda hökuməti qurmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, prezident tez bir zamanda hökumət qurmağın vacibliyindən danışıb.
"Ortaya çıxan nəticə millətin iradəsidir, hər kəs millətin seçiminə hörmət etmək məcburiyyətindədir. Seçkinin nəticəsi xalqımızın tək partiyanın iqtidara gəlməsinə imkan verməyən siyasi tabloya üstünlük verdiyini göstərdi. Bu tablonu siyasi partiyaların da olduğu kimi görməsini istəyirəm. Türkiyəni hökumətsiz, başsız qoyanlar, eqolarına məhkum olanlar, bunun hesabını nə tariximizə, nə də millətimizə verə bilməzlər. Hər kəs eqolarını bir kənara qoyub, tez bir zamanda hökuməti qurmalıdır", - Türkiyə prezidenti belə deyib.
Ərdoğan həmçinin bildirib ki, milli gəliri 800 milyard dollara çatan, ixracatını 60 milyard dollara çatdıran, işsizlik və inflyasiyanı azaldan bir ölkə bir addım da geri getməməlidir. Heç bir siyasətçi "mən" demək haqqına sahib olmamalı və "biz" deməlidir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !