Ərdoğan İlham Əliyevin Türkiyə səfərindən danışdı

16:04 | 15.11.2013
Ərdoğan İlham Əliyevin Türkiyə səfərindən danışdı

Ərdoğan İlham Əliyevin Türkiyə səfərindən danışdı

İlham Əliyevin ölkəmizə səfərləri bizim üçün artıq ənənəyə çevrilmişdir. Bizdə də seçkilər başa çatandan sonra ilk xarici səfərimiz Azərbaycana olur. Onlar da belə edirlər. İlham Əliyevin budəfəki iki günlük səfəri həqiqətən açıq və səmimi şəraitdə keçmişdir. Bunu noyabrın 14-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana Ankarada müsahibəsində deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.Ərdoğan bildirib ki, səfər çox səmərəli olub: "Bildiyiniz kimi, bizdə həm Rusiya ilə, həm də Azərbaycanla Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılmışdır və bu Şura fəaliyyətdədir. Biz hərbi, siyasi, iqtisadi sahələrdə, ticarət və mədəniyyət sahələrində çoxsaylı ikitərəfli sazişlər bağlamışıq. Bilirəm ki, Azərbaycan-Rusiya münasibətləri də müsbət istiqamətdə inkişaf edir. Bununla əlaqədar, bir məsələ mənim üçün xüsusilə əhəmiyyətlidir. Bu, həmsədri Rusiya, ABŞ və Fransa olan ATƏT-in Minsk qrupunun işi məsələsidir. Bu ölkələr Dağlıq Qarabağ problemi ilə əlaqədar onlara həvalə edilmiş öhdəlikləri yerinə yetirməlidirlər. Əgər münaqişə nizamlansa, yekunda Azərbaycan da qazanar, Ermənistan da, Türkiyə, Rusiya və İran da"."Siz digər bir neçə ölkənin adını çəkmədiniz..." sualına cavabında isə deyib ki, Rəcəb Tayyib Ərdoğan deyib:" Mən sərhədyanı dövlətlər barədə danışdım. Bəli, Əfqanıstan da daxil olmaqla bu dövlətlərin hamısı qazanar".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb