Ərdoğan: İran bu nəqliyyat yolunun yaradılmasını müsbət qarşılayır

16:31 | 26.09.2023
Ərdoğan: İran bu nəqliyyat yolunun yaradılmasını müsbət qarşılayır

Ərdoğan: İran bu nəqliyyat yolunun yaradılmasını müsbət qarşılayır

İran Qarabağdan keçən nəqliyyat marşrutlarının yaradılmasında iştiraka müsbət yanaşır. Bu barədə Türkiyə prezidenti Ərdoğan Naxçıvana işgüzar səfərdən qayıdarkən jurnalistlərə bildirib.


"Əgər biz Zəngəzur və Laçın dəhlizlərində sülh yollarını görmək istəyiriksə, o zaman bu məsələləri sakit və münaqişəsiz həll etməliyik. O ki qaldı Türkiyədən Naxçıvana, Ermənistandan keçərək Azərbaycana gedəcək qatara, o zaman biz baxmalıyıq. Ermənistan iştirak etməsə, o zaman marşrut necə gedəcək? İrandan keçəcək. İran buna müsbət yanaşır ki, İrandan Azərbaycana marşrut yaradılsın", - Anadolu Ajansı Ərdoğana istinadan yazıb. 


Türkiyə prezidenti həmçinin qeyd edib ki, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında avtomobil və dəmir yolu vasitəsilə birbaşa əlaqənin təmin edilməsi Ankara və Bakı üçün prioritetdir və əlaqələri gücləndirəcək.
 
"Biz bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Bu, strateji məsələdir və həll olunmalıdır. Bu, həyata keçirildikdə, Bakıdan çıxan avtomobil və ya qatar birbaşa Qarsa çata biləcək. Yaxşı olar ki, Bu məsələdə İrandan müsbət siqnallar görürük”, - Ərdoğan bildirib.


Türkiyə ilə Azərbaycan arasında enerji logistikasının inkişafı sahəsində əməkdaşlığa toxunan Türkiyə lideri qeyd edib ki, Trans-Anadolu boru kəməri ilə nəqlin artırılması məsələsi müzakirə olunur. O vurğulayıb ki, Türkiyədən keçməklə Avropaya boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması hər iki ölkənin maraqlarına xidmət edəcək və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”

Bazar ertəsi Ərdoğan qısamüddətli səfərlə Naxçıvana gəlib və burada prezident İlham Əliyevlə danışıqlar aparıb. İki dövlət başçısı Qars-Naxçıvan dəmir yolu layihəsinə dair niyyət protokolu imzalayıblar. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM