Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 7-də İrana rəsmi səfər edəcək. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.
Ərdoğan İrana ölkə prezidenti Həsən Ruhaninin rəsmi dəvəti əsasında səfər edəcək. Hər iki dövlət başçısı danışıqlar aparacaq, ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Ərdoğan həmçinin Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci iclasında iştirak edəcək. Türkiyə prezidenti İranın ali dini lideri Ayatolla Əli Xameneyi ilə də ayrıca görüş keçirəcək.
ANN.Az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !