Ərdoğan İranda - 4 illik fasilədən sonra

15:07 | 07.04.2015
Ərdoğan İranda - 4 illik fasilədən sonra

Ərdoğan İranda - 4 illik fasilədən sonra

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 illik fasilədən sonra İrana rəsmi səfərə gedib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu səhər Tehrana çatan Rəcəb Tayyib Ərdoğanı hərbi mərasimlə qarşılayıb. Prezident Sarayı qarşısında keçirilən rəsmi qarşılanma mərasimindən sonra iki lider bir araya gəlib. Rəcəb Tayyib Erdoğan rəsmi görüşlər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci iclasına sədrlik edəcək. İki liderin birgə mətbuat konfransının keçirilməsi gözlənilir.
 
Prezident Ərdoğanın İranın dini lideri Xamneyi ilə də görüşü gözlənilir. Ərdoğan axşam saatlarında İran təmaslarını tamamlayaraq Ankaraya qayıdacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti