Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gedib.ANN.Az xəbər verir ki, prezidentin maraqla izləniləcək görüşlərindən biri "Apple" şirkətinin rəhbərliyi ilə olacaq. O, şirkətin baş direktoru Tim Kukla təkbətək görüş keçirəcəkPrezidentin əsas görüşləri İŞİD-lə bağlı olacaq. Onun dünya liderləri ilə İŞİD-lə mübarizədə Türkiyənin rolunun nədən ibarət olmasına dair məsələlər müzakirə ediləcək. Prezident bu gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edəcək, daha sonra BMT baş katibi Pan Gi-Munla təkbətək görüşü keçiriləcək. Bu səfər zamanı Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə təkbətək görüşünün nəzərdə tutulmamadığı deyilir.Səfər proqramına daxil olan maraqlı görüşlərdən biri də onun Dünya Yəhudi Konqresinin heyəti ilə bir araya gəlməsi olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !