Oxu.Az xəbər verir ki, bu sözləri Çində səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallardan birinə müsahibəsində bildirib.
Ərdoğan qeyd edib ki, islam bir insanın öldürülməsini bütün bəşəriyyətin öldürülməsi kimi dəyərləndirir.
"Bir insanın yaşamasına yardım etməyi isə bütün bəşəriyyətin sağ qalmasına yardım kimi qiymətləndirir. İŞİD kimi terror qruplaşmaları islamdan kənardır. Bizdə belə bir söz var, "halva halva deməklə ağız şirin olmaz”. Yəni, "biz islamıq” yaxud "müsəlmanıq” deməklə, müsəlman olmurlar”, - deyə, prezident bəyan edib.
Türkiyə dövlət başçısının sözlərinə görə, İŞİD kimi qruplaşmaların törətdikləri əməllərin adı terrordur:
"Bu əməllərin islamla bir əlaqəsi yoxdur”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !