Ərdoğan Kılıçdaroğlunun döyülməsindən danışdı

17:51 | 08.04.2014
Ərdoğan Kılıçdaroğlunun döyülməsindən danışdı

Ərdoğan Kılıçdaroğlunun döyülməsindən danışdı

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun döyülməsi faktına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Ərdoğan döyülən partiya sədri Kamal Kılıçdaroğlunun ünvanına keçmiş olsun deyib: “Demoratik bir palament sistemində belə hərəkətlər qəbul edilməzdir. Bunları təsəvvür belə etmək mümkün deyil. Biz bu hərəkətləri edənləri mütləq şəkildə qınayırıq. Hörmətli Kılıçdaroğluna keçmiş olsun deyirəm, özüm ona zəng edib bunu deyəcəm”.Qeyd edək ki, Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində çıxış etməyə çıxarkən parlamentə ziyarətçi qismində gələnlərdən biri ona yumruq-təpik zərbələri endirib.Ehtimal olunur ki, Kılıçdaroğlu kürdlərin partiyası hesab edilən BDP-dən olan millət vəkilləri ilə görüşməyi ziyarətçinin xoşuna gəlməyib. Parlamentdə olan digər millət vəkilləri CHP liderini döyən şəxsi uzaqlaşdıra bilib. Polis həmin şəxsi saxlayıb. Gözündən dəyən yumruq zərbəsi nəticəsində Kılıçdaroğlunun eynəyi qırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM