R.T.Ərdoğan: "Bu işləri uğurlu şəkildə həyata keçirməliyik
Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsi üzrə işlər sürətlə davam etdirilir.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələri energetika nazirlərinin İstanbul şəhərində keçirilən toplantısında bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa İttifaqı və TANAP-a ortaq ölkələrin həmrəyliyi, əl-ələ verməsi TANAP-ın inşa prosesini sürətləndirəcək: "Bu işləri uğurlu şəkildə həyata keçirməliyik".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !