Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan rüşvət qalmaqalı adı ilə həyata keçirilən həbslərə kəskin reaksiya verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ərdoğan rüşvət əməliyyatınının dövlət içində olan çirkli əllər tərəfindən reallaşdırıldığını bildirib:
"Bunu ortaya çıxarıb, təmizlənməsi boynumuzun borcudur. Bu alçaqlıqdır, şərəfsizlikdir. Dövlətdə paralel bir qurum olmaz. Qarşınıza gələcəyik. Bunu dediksə, edəcəyik".
Bu açıqlama ilə Türkiyədə dövlət içində qaranlıq güclərin şəbəskəsinin fəaliyət göstərdiyini iddia edən baş nazir artıq polsidə vəzifəli şəxslərin dəyişdirilməsinə başlayıb.
Ərdoğan həmçinin AKP hökümətinə qurulmuş bu tələdən də uğurla çıxacaqlarını vəd edib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !