Ərdoğan Mahmud Abbasla telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla telefonla danışıb.
Anews.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının qərarı da daxil olmaqla, atəşkəs üçün bütün vasitələri səfərbər etməli olduqlarını əlavə edib:
"Biz İsrailə qarşı möhkəm və birlik içində mübarizə aparmalıyıq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər