Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Aşıq Veysəlin xatirəsinə həsr olunmuş “Ustada Sayqı” (Sənətkara hörmət) adlı tədbirində iştirakı maraqlı görüntülərlə yadda qalıb. ANS PRESS-in məlumatına görə, Ərdoğan tədbirin sonunda səhnəyə çıxıb mahnı ifa etməsi hər kəs üçün süpriz olub. Ərdoğan sənətçilərlə birgə “Uzun incə bir yoldayam” türküsünü ifa edib. Səhnədə Yavuz Bingöl, Fəttah Can, Gökhan Təpə, Yonca Lodi, Linət və Zara kimi sənətçilər Ərdoğana dəstək olublar.Ərdoğanın türkü ifası zaldakı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !