APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan islam dünyasının bayrama kədərli daxil olduğunu söyləyib: "Bir tərəfdə Suriya və İraqdakı silahlı toqquşmalar, digər tərəfdə Arakanda baş verənlər, ölkəmizdə terrora qarşı mübarizəmiz, bunların hamısı istər-istəməz bayramı nayram kimi qarşılamağımıza mane olur”.
R. T. Ərdoğan Fransa prezidenti Emmanuel Makronun sözlərinə də münasibət bildirib. Xatırladaq ki, E. Makron "Le Point” jurnalına müsahibəsində dünya lideri olmağın çətinliklərindən danışarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez telefonla danışmaq məcburiyyətini buna misal göstərib. "Doğrusu, onun nə demək istədiyini çözmək nöqtəsində deyiləm. Onu hörmətli Makrondan öyrənmək lazımdır. Bildiyim tək şey var: danışmaq tələbi onlardan gəlir və mən bu tələbi rədd etmək istəmərəm. Çünki dostları çoxaltmaq və bizə neqativ nəzərlə baxanları azaltmaq istəyirəm. Mən o jurnalda deyilənləri mənfi qiymətləndirmirəm, tam əksinə, Türkiyənin prezidenti ilə görüşməyin, danışmağın onlar üçün əlavə dəyər olduğunu düşünürəm”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !