“Malayziyanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub”.
APA-nın Türkiyənin «Hürriyet» qəzetinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Bursada seçicilər qarşısında çıxışında Türkiyə prezidentliyinə namizəd, baş nazir Rəcəp Tayyip Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, Malayziyaya məxsus sərnişin təyyarəsi Rusiya tərəfindən Ukraynanın hava sahəsində raketlə vurularaq salınıb: «Nə vardı bu təyyarədə? Hollandiyadan Malayziyaya uçan təyyarə Ukrayna hava sahəsində vurulur. Bu necə yanaşmadır, bu necə anlayışdır? Bəs dünyada sülh üçün çalışacaqdıq?”
Baş nazir İsrailin Qəzzaya hərbi əməliyyatlarına da diqqət çəkib, İsrailin soyqırımı törətdiyini bəyan edib: “Bunlar «mən güclüyəm, istədiyim kimi vuraram, istədiyim kimi endirərəm» deyənlərdəndir. Biz də deyirik ki, siz bu gücünüzü bir yerə qədər istifadə edəcəksiniz. Amma unutmayın, bu tələlərin üzərində böyük bir tələ var. Bir gün siz də o tələyə düşəcəksiniz».
Qeyd edək ki, Hollandiyadan Malayziyaya uçan sərnişin təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Təyyarədə olan 285 nəfərin hamısı həlak olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !