Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün müvəqqəti hökumətin qurulması üçün baş nazirə mandat verib. Mandat parlamentə növbədənkənar seçkilərə kimi qüvvədə olacaq.
Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Ölkə prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, bu gün Ə.Davudoğlunu qəbul edən R.T.Ərdoğan Türkiyə Konstitusiyasına əsasən müvəqqəti hökumətin qurulması üçün baş nazirə təlimat verib.
Müvəqqəti hökumət 5 gün ərzində qurulmalıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !