Ərdoğan “New York Times” qəzetinə əsəbləşdi: “Həddini bil!”

20:37 | 26.05.2015
Ərdoğan “New York Times” qəzetinə əsəbləşdi: “Həddini bil!”

Ərdoğan “New York Times” qəzetinə əsəbləşdi: “Həddini bil!”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sənaye, İqtisadiyyat və Toplum Araşdırmaları Fondu  (SETA) tərəfindən təşkil edilən  prezidentlik sistemi panelinde çıxışı zamanı ABŞ-ın dünyaca məşhur "New York Times” qəzetini sərt dillə tənqid edib.  
Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə Rəcəb Tayyib Ərdoğan sözügedən nəşrdə onun haqqında yazılanlara münasibət bildirib.

Prezident deyib ki, adıçəkilən qəzet nə vaxtsa, ABŞ rəhbərliyi haqqında heç bir tənqidi fikir söyləmir:  
"Bu qəzet etikadan kənar bir şəkildə "Ərdoğan Türkiyəsində elə olur, belə olur” yazır. Adətən Amerikaya, başqa güclərə bir təlimat verirlər. Sən bir qəzetsən, buna görə də həddini bilməlisən. Ərdoğanın Türkiyəsində guya təzyiqlər var və bu təzyiqlərə qarşı ABŞ və onun bunun müdaxiləsini istəyirlər.

Sən bunu yazmaqla Türkiyəyə müdaxilə edirsən. Sən kimsən? Öncə həddini bil! Görəsən sən bunu Amerika rəhbərliyinə qarşı edə bilərsən? Elə anındaca sənə qarşı lazım tədbir görərlər”,-deyə Ərdoğan bildirib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM