Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Meksikada olan zaman ABŞ-ın Şimali Karolina əyalətində öldürülən üç müsəlman şagirdlə bağlı ABŞ prezidenti Barak Obamaya səslənib.
ANN.Az türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bunları deyib: "Amerikaya yaxın olduğum üçün buradan bildirmək istəyirəm. Mən cənab Obamaya səslənirəm, "Hardasan lider" deyirəm. Xarici işlər nazirinə səslənirəm "Haradasınız" deyirəm. Biz siyasətçilər, ölkəmizdə baş verən cinayətlərə görə məsuliyyət daşıyırıq. Belə məsələlər barəsində münasibətlərimizi ortaya qoymaq məcburiyyətindəyik. Çünki xalq sizə səs verərkən "Mənim can təhlükəsizliyimizi, mal təhlükəsizliyimizi təmin edəcəksiniz" deyə verir. Əgər siz, bu cür bir hadisə qarşısında səssiz qalsanız, dünya da sizə hər zaman səssiz qalacaq".
Yas mərasiminə minlərlə adam gəlib
Şagirdlərdən ikisinin atası Məhəmməd Əbu-Salha uşaqlarının nifrətin günahına qurban olduğunu və hal-hazırda necə vəziyyətdə olduğunu ifadə edə bilməyəcəyini deyib.
Salhanın iki qızı 21 yaşındakı Yusor Məhəmməd Əbu-Salha və 19 yaşındakı Raza Məhəmməd Əbu-Salha ilə 23 yaşındakı kürəkəni Deah Shaddy Barakat, Çərşənbə axşamı Chapel Hilldəki dairələrdə vurularaq öldürülüb.
Polis ilkin məlumatlara görə cinayətlərin arxasında dini nifrət olub olmadığının araşdırır. Polislərin verdiyi məlumata görə Şimali Karolina Əyalət Universitetindəki mərasimə 5,500 adam gəlib. Şagirdlər daha sonra Raleifəki bir qəbiristanlıqda dəfn olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !