Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən yenə də sərt açıqlamaları ilə gündəmi zəbt edib. O, ölkədə aparılan rüşvət əməliyyatına aydınlıq gətirərkən oğlanları barəsində də danışıb. O, deyib ki, mətbuat oğlanlarının fotolarını yayaraq, adı rüşvətdə hallanan kəslərlə sıx bağlı olduğunu idda edirdi.Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan: “Mənim övladlarımdan biri rüşvətə qarışsa, övladlıqdan rədd edərəm. Övladlarımın özləri ilə əlaqəsi olmayan, ancaq mənsub olduqları vəqflərlə bağlı gördükləri işlərdən narahat olan bu ana müxalifət lideri əvvəlcə özü güzgüyə baxsın”. Türkiyədəki bu qalmaqalın kökündə Ərdoğanın fəaliyyətinə xitam verdiyi İmam Hətib məktəbləri ilə başlamışdı. Bu məktəblərin dalında isə Amerikada mühacirətdə yaşayan, məhşur Fətulla Gülən dayanırdı. Siyasi toqquşmadan sonra tərəflər bir- birlərinə qarşı sərt ittihamlar səsləndirmişdilər. Necə deyərlər, soyuq müharibə hələ davam edir. Fikir verin, hər iki tərəf din adamıdır. Deməli, aralarına girən 3-cü qüvvə oyunu kifayət qədər uğurla aparır.
ANS TV