Ərdoğan Putinə: “Bəşər Əsədə inanmırıq”

14:34 | 22.10.2015
Ərdoğan Putinə: “Bəşər Əsədə inanmırıq”

Ərdoğan Putinə: “Bəşər Əsədə inanmırıq”

Suriyanın əli qanlı diktatoru Bəşər Əsədin oktyabrın 20-də Moskva ziyarətinin ardından Rusiya  lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sürpriz bir telefon danışığı reallaşıb. Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, təxminən bir saat davam edən söhbətin məzmunu ortaya çıxıb. Ankaradakı mənbələr Putinin tələbi ilə reallaşan telefon danışığını "Əsədin ziyarəti sonrasında məlumat vermə ehtiyacı hiss etdi”, - deyə şərh ediblər. 

Qeyd edilir ki, Putin söhbətdə Ərdoğana Əsədin səfəri ilə əlaqədar əhatəli məlumat verib. Putin Ərdoğana Əsəd üçün deyib: 

"Ölkəsinin gələcəyini düşünür. Çətin şərtlərin o da fərqindədir. Keçiş müddəti üçün addım atmağa hazırdır”.

Ərdoğan Putinin bu sözlərinə Əsdin 2011-ci ildən bu yana söz verdiyini,  ancaq sözünün üstündə durmadığını xatırladaraq deyib: 

"İllərdir bunları danışırıq. Bizim mövqeyimiz müəyyəndir. Sizə də dəfələrlə söylədik. Əsədə inanmırıq. Bu cür vədlərə də artıq güvəncimiz qalmadı. Bu problemlə bağlı Cenevrədə qəbul edilən qərarlar var. Buna baxmayaraq, heç biri tətbiq olunmadı. Əsədin tək dərdi zaman qazanmaqdır. Biz 2012-ci ilin sonunda Əsədə hakimiyyətdən gedişi ilə bağlı bir keçiş müddəti düsturu təqdim etmişdik. Amma o da qəbul edilməmişdi”.

Mənbələr Putinin təklif etdiyi keçid müddəti üçün "6 ay iddiası var, ancaq kimsə sahiblənmir. Putinin təklifinin ucu açıqdır. Bir təqvimi yoxdur”, - deyiblər.

Digər məlumata görə, Ərdoğan söhbətdə Putinə PYD xəbərdarlığı da edib. Ərdoğan PYD-nin Moskvada əlaqə bürosu açacağına bağlı xəbərləri və Rusiyanın PYD-yə hərbi dəstək verdiyi iddialarını xatırladaraq bunları söyləyib: "PYD bizim üçün terror təşkilatıdır. PYD ilə əlaqələrinizdən son dərəcə narahatıq. PYD-yə dəstəyinizlə müttəfiqinizin düşməni ilə iş qurmuş olursınız. Bu da əlaqələrimizə mənfi təsir göstərir”.

Ərdoğan ilə Putin arasındakı söhbətdə Hələb və ətrafını hədəf alan hücumlar da gündəmə gəlib. Ərdoğanın hücumların yeni bir köç dalğasını bərabərinə gətirə biləcəyinə bağlı narahatlığı da dilə gətirdiyi öyrənilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM