Ərdoğan Qaribaşvili ilə üçtərəfli əməkdaşlıq formatını müzakirə etdi

23:44 | 01.08.2021
Ərdoğan Qaribaşvili ilə üçtərəfli əməkdaşlıq formatını müzakirə etdi

Ərdoğan Qaribaşvili ilə üçtərəfli əməkdaşlıq formatını müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

"Qafqazifno” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər. Qaribaşvili Ərdoğana Türkiyədəki meşə yanğınlarına görə məyus olduqlarını bildirib və yanğınla mübarizədə hər zaman dəstəyə hazır olduqlarını qeyd edib.

Ərdoğan öz növbəsində təşəkkürünü bildirərək, Gürcüstanı regional iş birliyinin açarı olaraq gördüklərini bildirib. Xüsusilə, regional nəqliyyat və enerji ötürmə xətlərinin səmərəliliyi və təhlükəsizliyi baxımından birlikdə hərəkət etmənin vacib olduğunu vurğulayan Ərdoğan, nazirlərin, parlament üzvlərinin uğurla davam etdirdikləri Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını liderlər səviyyəsində də canlandırmaq istədiklərini qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb