Ərdoğan qəzəblənib

16:31 | 04.11.2024
Ərdoğan qəzəblənib

Ərdoğan qəzəblənib

İsrail Qəzza zolağında ötən ilin oktyabrından bəri təxminən 50 min nəfərin ölümünə səbəb olan  aqressiv hərəkətlərə yol verməklə ni əsrin ən amansız soyqırımlarından birinə imza atıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 


"Əsrimizin ən amansız soyqırımlarından biri Qəzza sektorunda baş verir”, - o, İstanbulda bildirib.

 

TRT Haber telekanalı çıxışı canlı yayımlayıb.


Ərdoğanın sözlərinə görə, "İsrailin Qəzza və Livana qarşı sionist təcavüzünə ən yaxşı cavablardan biri Fələstinin daha çox dövlət tərəfindən tanınması olacaq”.

 

Türkiyə Prezidenti İslam dünyası ölkələrini "ixtilafları kənara qoymağa, fələstin və livan xalqlarının  ədalətli mübarizəsini dəstəkləməyə” çağırıb.


Ərdoğan həmçinin bildirib ki, Türkiyə Qəzzadakı böhran başlayandan bəri Misir vasitəsilə bölgəyə 85 min tondan çox humanitar yardım göndərib. O, ölkəsinin İsraillə ticarəti dayandırdığını və Cənubi Afrika Respublikasının BMT-nin Beynəlxalq Məhkəməsində İsrailə qarşı iddiasına qoşulduğunu xatırladıb.

 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM