Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini tənqid edib.
ANS PRESS-in məlumatına görə, İstanbulda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Ərdoğan qeyd edib ki, hazırda beynəlxalq sistemdə - siyasi-iqtisadi sahələrdə dünyanın gələcək taleyi qeyri-müəyyən olan bir keçid dövrü yaşanır. Ərdoğan bu dövrün BMT-nin 5 daimi üzvü tərəfindən müəyyən edildiyini, lakin bunun qəbuledilməz olduğunu deyib.
“Dünya 5-dən böyükdür. Dünyanın taleyini bu 5-liyin hökmünə buraxa bilmərik. Artıq dünya ikinci dünya müharibəsinin şərtləri ilə yaşayan bir dünya deyil. İki tərəfli görüşlərin hamısından dövlət başçıları mənim bu sözlərinə haqq verdilər. Lakin BMT tribunasına çıxdıqları zaman heç kim bu barədə danışmır... Cənab Obama öz nitqində bu sözləri işlətdi. Haqlının güclü olduğu bir dünya. Haqlının güclü olduğu bir dünya istəyiriksə, o halda, bu 5 ölkə dünyanın taleyinə hökm etməməlidir. Daimi və ya müşahidəçi üzv ayrıseçkiliyi olmamalıdır”, - deyə Ərdoğan qeyd edib.
Ərdoğan Türkiyənin İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə Türkiyə hökumətinin də müəyyən yol xəritəsi izləyəcəyini deyib. Lakin hələlik Türkiyənin İŞİD-lə mübarizə planının təfərrüatları məlum deyil.
ANN.Az