Dünya BMT-nin ədalətinə ümid etməməlidir. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, çox təəssüf ki, indiki məqamda dünyanın taleyi beş ölkədən asılıdır.
R.T.Ərdoğan qeyd edib ki, BMT qlobal səviyyədə fundamental problemlərin həlli üçün öz strukturunu dünyadakı vəziyyətə uyğun hala gətirməlidir.
Prezident, həmçinin xatırladıb ki, Türkiyə BMT-nin əsasını qoyan ölkələrin sırasına daxildir.
Bundan əvvəl R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının strukturunu dəyişməyə çağırmışdı: “Cəmi beş ölkənin bütün beynəlxalq münasibətləri idarə etməsi ədalətsizlikdir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !