Ərdoğan seçkilərin tarixi ilə bağlı qərar imzalayıb

17:14 | 10.03.2023
Ərdoğan seçkilərin tarixi ilə bağlı qərar imzalayıb

Ərdoğan seçkilərin tarixi ilə bağlı qərar imzalayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin tarixinin irəli çəkilməsi ilə bağlı qərara imza atıb.
 
Türkiyə mətbuatı xəbər verir ki, seçkilər 18 iyundan 14 maya keçirilib.
 
Ərdoğan deyib ki, qərar Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən qəbul edilib. Onun sözlərinə görə, qərar sabah "Resmi Gazete"də dərc ediləcək, daha sonra Ali Seçki Komissiyası seçkilərin tarixi ilə bağlı qərar verəcək.
 
AKP lideri seçkilərin vaxtının əvvələ çəkilməsinin səbəbini izah edib: "Hər şeydən əvvəl 18 iyun milyonlarla gəncimizin gələcəyində ciddi əhəmiyyət kəsb edən universitet üçün imtahan tarixidir. Bu tarix yüz minlərlə vətəndaşımızın müqəddəs torpaqlara ziyarətə getməsi üçün qeydiyyatdan keçdiyi tarixlə üst-üstə düşür. Eyni zamanda, iyun ayı tətil müddətinə düşdüyü üçün əksər vətəndaşlarımız tətil edəcək".
 
Türkiyədə prezident və parlament seçkiləri eyni vaxtda keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb