Ərdoğan şiələri nurçularla müqayisə etdi

18:26 | 13.03.2014
Ərdoğan şiələri nurçularla müqayisə etdi

Ərdoğan şiələri nurçularla müqayisə etdi

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Fətullah Gülən camaatını yenidən kəskin tənqid edib. ANS PRESS-in məlumatına görə, Ərdoğan “Gülən hərəkatı”nı aşağılayan fikirlər səsləndirən zaman şiələrin ünvanına söz atıb:“Bu olaylarda bir şeyi özüm üçün dəqiqləşdirdim. Bunları (Fətillahçıların -red) bizdən fəqrləndirən 3 xüsusiyyət var: Təqiyyə, yalan, iftira. Hamısı da fitnə-fəsad törədir. Təqiyyədə şiələr bunların əlinə su tökə bilməz". Bu arada Ərdoğanın əleyhdarları şiələr barəsində dediklərindən onun əleyhinə istifadə etməyə başlayıblar. Qeyd edək ki, təqiyyə - ölüm təhlükəsi qarşısında “Allahın inkar edilməsinə” deyilir. Şiələrdən fərqli olaraq sünnilərin 4 məzhəbi təqiyyəni qəbul etmir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM