Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nyu York səfəri zamanı yadda qalacaq və uzun müddət mübahisə yaradacaq daha bir maraqlı addım atıb.
ANN.Az saytı "Sabah" qəzetinə istinadən xəbər verir ki, dünən BMT baş katibi Pan Ki Mun Nyu Yorkda səfərdə olan dünya rəsmilərinin - prezidentlərin, baş nazirlərin adından günorta yeməyi təşkil edib. Amma türkiyə prezidenti Ərdoğan həmin mərasimin təşkil olunduğu yerə getsə də, qısa zaman içərisində binanı tərk edib.Bu addım rəsmi qaydada belə izah olunub ki, prezident Baş Məclisdə danışmaq üçün növbəsini Türk Evində gözləyəcək. Amma jurnalistlər bunu pərdəarxası sirrlərini öyrənməyə çalışıb.Türk mediasının yazdığına görə, Ərdoğan yeməyin "Ana masa"sına dəvt edilmişdi. Bu masada Pan Ki Mun, ABŞ prezidenti Barak Obama, İspaniya kralı 6-cı Felipe, Çili baş naziri Mişel Beçelet, Cənubi Koreya prezidenti Park Geun-hye və digərləri dəvətli idi. Həmin masada Misir prezidenti Abdulfəttah Sisi də dəvət edilibmiş. Ərdoğan ilə Sisi arasınd Cənubi Afrika prezidenti Yakob Zuma oturmalı imiş. Ərdoğan bu vəziyyəti öyrənincə yeməyə qatılmamaq qərarı alır. İnqilab və inqilabçılara qarşı münasibətinin dəyişməz qaldığını deyən Ərdoğan öz prinsiplərinə qarşı çıxmayacağını və çevrilişçi Sisi ilə eyni masada oturmayacağını bildirib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !