Ərdoğan sosial şəbəkələri məhkəməyə verdi

14:04 | 19.04.2014
Ərdoğan sosial şəbəkələri məhkəməyə verdi

Ərdoğan sosial şəbəkələri məhkəməyə verdi

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan sosial mediyada özünün və ailəsinin hüquqlarının pozulması iddiası ilə Konstitusiya məhkəməsinə müraciət edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan onun barəsində sosial mediyadakı yazıların silinməsi barədə məhkəmə qərarlarının icra edilmədiyini əsas gətirərək, öz vəkili vasitəsilə konstitusiya məhkəməsinə şikayət ünvanlayıb. Türkiyə baş naziri hüquqlarının pozulması qarşılığında 50 min türk lirəsi məbləğində təzminat tələb edir.

 

Xatırladaq ki, Ərdoğanın yaxın ətrafını korrupsiya qalmaqalında günahlandıran audio yazıların yayılmasından sonra Türkiyə hökuməti “Twitter” və “Youtube” saytlarına Türkiyə ərazisində girişi dayandırmışdı. Aprelin əvvəllərindən etibarən söz azadlığını məhdudlaşdırdığı əsas gətirilərək Konstitusiya məhkəməsi “Twitter”-ə qoyulan qadağanı aradan qaldırsa da “Youtube” saytına giriş hələ də bərpa edilməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM