Ərdoğan: "Terrorçulara ən böyük yardımı terrora qarşı ikili standartlar yürüdənlər edir"

18:17 | 10.10.2015
Ərdoğan:

Ərdoğan: "Terrorçulara ən böyük yardımı terrora qarşı ikili standartlar yürüdənlər edir"

"Hökumət terror aktını törədənlərin cəzalandırılması üçün səylərini əsirgəmir"
 
"Türkiyənin bilriyinə təhdid olan Ankaradakı terror aktını qəti şəkildə pisləyirəm". APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bəyanatında deyilir.
 
Ölkə başçısı qeyd edib ki, Türkiyə terrorun və terror təşkilatlarının istənilən növünə qarşı mübarizə aparacaq: "Onların necə adlandırıldığının, o cümlədən mənbələrinin və məqsədlərinin bizim üçün əhəmiyyəti yoxdur. Terrora və terror təşkilatlarına qarşı ikili standartlar yürüdənlər onlara ən böyük yardım etmiş olurlar. Bundan öncə bizim polislərimə, hərbçilərimizə, ictimai fəallarımıza qarşı ölkənin müxtəlif yerlərində yönələn hücümların bugünkü terror aktından heç bir fərqi yoxdur".
 
Prezident bildirib ki, bu cür terror aktlarına ən gözəl və ağır cavab "bizim həmrəyliyimiz olacaq".
 
"Bu cür terror aktlarını törədənlərin əsas məqsədi cəmiyyətimizin müxtəlif təbəqələri arasında nifaq salmaqdır. Məhz buna görə mən hər birinizi həmrəyliyə səsləyirəm. Biz terrorun yanında deyil, ona qarşı durmalıyıq".
 
O, əlavə edib ki, hökumət terror aktını törədənlərin qanun qarşısında cəzalandırılması üçün səylərini əsirgəmir.
 
Qeyd edək ki, bu gün Ankarada baş verən terror aktı nəticəsində 47 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM