Ərdoğan: Türk Şurasının iclası Bakıda keçiriləcək

16:29 | 06.08.2019
Türk Şurasının onuncu iclası Bakıda keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərlə görüş zamanı deyib.

Türkiyəli liderin sözlərinə görə, iclas bu ilin oktyabrında baş tutacaq.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə türkdilli ölkələr arasında münasibətləri daha çox möhkəmləndirir.

Türkiyə Prezidenti qeyd edib: "Türkdilli ölkələr arasında münasibətlərin inkişafı Ankaranın xarici siyasətinin prioritetlərindən biridir”.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.



www.anews.az
loading...