Ərdoğan "tvitter"ində terror hadisəsindən yazdı

17:15 | 27.01.2023
Ərdoğan

Ərdoğan "tvitter"ində terror hadisəsindən yazdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Azərbaycanın Tehrandakı səfirliyinə hücumu dəhşətli adlandırıb. Bu barədə Türkiyə prezidenti tvitter hesabında paylaşım edib. 


"Təhlükəsizlik rəisinin ölümü ilə nəticələnən Azərbaycanın Tehrandakı səfirliyinə edilən iyrənc hücumu qətiyyətlə pisləyirəm. Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - o, Twitter-də yazıb.


Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı ilə silahlanmış o, diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin rəhbərini öldürüb. Silahlı hücumu dəf edərkən səfirliyin daha iki mühafizəçisi yaralanıb, onların vəziyyəti qənaətbəxşdir. Hazırda hücumla bağlı araşdırma aparılır.
 
Azərbaycan prezidenti İlham Əliyev bu hadisəni terror adlandıraraq şiddətlə qınadığını və rəsmi Tehrandan tezliklətətbir görəcəyini gözlədiyini bildirirb.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb