Ərdoğan və Davutoğlu seçki sonrası twitterdə mesajlaşdı

19:24 | 02.11.2015
Ərdoğan və Davutoğlu seçki sonrası twitterdə mesajlaşdı

Ərdoğan və Davutoğlu seçki sonrası twitterdə mesajlaşdı

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 1-də keçirilən təkrar parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qalib gəldiyi bəlli olandan sonra Twitter hesabından baş nazir Əhməd Davutoğluna təbrik mesajı göndərib.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Davutoğlu da jestə cavab verərək təşəkkür edib.

Prezident Ərdoğan rəsmi Twitter hesabından yazıb: "Təkbaşına iqtidar olan AKP-ni, partiyanın rəhbəri və baş nazir Ahmet Davutoglu qardaşımı qeyd edirəm. RTE”.  
Dövlət başçısının öz əli ilə yazdığını müəyyən edən RTE imzalı paylaşmasından qısa müddət sonra, baş nazir Əhməd Davutoğlundan Tweetə cavab gəlib: "@RT_Erdogan Hörmətli prezidentim, sizdən aldığım bu müqəddəs iddianı daha irəliyə daşımağa qərarlıyıq. 1 noyabr demokratiya zəfəri xeyirli olsun!”    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM