Ərdoğan: Vətənin hər birimizə ehtiyacı var

21:47 | 08.09.2015
Ərdoğan: Vətənin hər birimizə ehtiyacı var

Ərdoğan: Vətənin hər birimizə ehtiyacı var

Mən, əslən hardan olmasından asılı olmayaraq bütün türk xalqına, siyasətçilərə, mətbuat nümayəndələrinə, intellegentlərə, alimlərə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə müraciət etmək istəyirəm. Anadolu və Trakiyanın hər qarışı bizim vətənimizdir.

Türkiyə 78 milyon vətəndaşın ümumi vətənidir. Bu ölkə və bu vətən 78 milyon vətəndaşın hər birinə ehtiyac duyur. Hər birimizin bu ölkəyə - Türkiyə Respublikasına ehtiyac duyduğumuz kimi.

Oxu.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, indiyə qədər bizim xalqın min illər boyu vətənimiz olan, Anadoludan kökünü kəsməyə çalışanlar məğlubiyyətə uğrayır:

"Və Allah elə etsin ki, xalqımıza, millətimizə, bizim həmrəyliyimizə xələl gətirmək istəyənlərin də aqibəti belə olsun”, - prezident vurğulayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti