"Onda NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu məkana çevriləcək. "Bəli" deyə bilmərik, inciməsinlər”, - o söyləyib.
CNN Türk xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə danışıqlardan sonra jurnalistlərə bildirib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini dəstəkləyə bilməz və bu ölkələrin xarici işlər nazirləri əziyyət çəkib Türkiyə ilə danışıqlara gəlməsinlər.
Finlandiya və İsveç NATO-ya daxil olmağa hazırlaşır. Onların dövlət qurumları artıq bunun üçün lazımi prosedurlara başlayıblar. Stokholm və Helsinki Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə etdiyi hərbi müdaxilədən sonra neytral statusundan imtina edərək Şimali Atlantika Alyansına qoşulmaq qərarına gəliblər.
Prezident Vladimir Putin mayın 16-da KTMT sammitində bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması heç bir ani təhlükə yaratmır, alyansın Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun genişləndirilməsi Rusiyanın "əks reaksiyasına” səbəb ola bilməz. Rusiya liderinin sözlərinə görə, problem "heç nədən” yaradılıb, lakin istənilən halda Moskva məcbur olacaq ki, buna "uyğun reaksiya versin".
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Moskvanın bu ölkələrin NATO-ya daxil olmasına reaksiyası alyansın hərbi infrastrukturunun genişləndirilməsindən asılı olacaq.
Mayın 15-də İsveç və Finlandiya rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət etmək qərarına gəlib.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva bu ölkələrin alyansa daxil olmasına dözməyəcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !