Ərdoğan: "Lazım olsa, “Youtube” ilə “Facebook”u bağlayarıq. Bu milləti "Youtube"a, "Facebook"a qurban verə bilmərik"Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan canlı yayımda gündəmlə bağlı bir sıra açıqlamalar verib.ANS PRESS-in xəbərinə görə, Ərdoğan internet qanunu ilə əlaqədar olaraq martın 30-da sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb."İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Bu milləti "Youtube"a, "Facebook"a qurban verə bilmərik. Lazım olsa, bağladarıq" - deyə Ərdoğan internet qanunu ilə bağlı açıqlamasında bildirib.Qeyd edək ki, bu gecə Türkiyənin özəl telekanallarından birində jurnalistlərin suallarına cavab verən Ərdoğan sözügedən çıxışında müxtəlif mövzulara toxunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !