"Zəlzələ bölgəsində tikilən yeni evlərin cari ilin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda əhali qarşısında çıxışı zamanı deyib.
"Biz dünya tarixində ən böyük axtarış-xilasetmə və yenidənqurma proseslərindən birini həyata keçirdik. Zəlzələ bölgələrində 650 min personal çalışıb. Ölkəmizdən və xaricdən gələn 35 min şəxs həftələrlə çalışaraq dağıntılar altında insanların ola biləcəyi ümidi ilə mübarizə apardı. Zəlzələ qurbanlarımızın bütün ehtiyaclarını ödəmək üçün mexanizmlər qurmuşuq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !