Türkiyədə gizli telefon danışıqlarının açıqlanması nəticəsində çətin vəziyyətə düşən baş nazir Rəcəb Tayyib Ərdoğana vurulacaq ən ciddi zərbənin kulminasiya nöqtəsinə çatacağı istisna olunmur. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bələdiyyə seçkilərinə 5 gün qalanda, martın 25-də açıqlanacaq telefon danışığı Ərdoğan və hökumətin digər nümayəndələri üçün sarsıdıcı zərbə olacaq. Məlumatda qeyd edilir ki, həmin vaxt elə bir telefon danışığının məzmunu açıqlanacaq ki, Ərdoğan və onun ətrafındakılar küçəyə belə çıxmağa utanacaqlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !