Ərdoğana sui-qəsd

20:24 | 12.03.2014
Ərdoğana sui-qəsd

Ərdoğana sui-qəsd

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı indiyədək 20-yə yaxın sui-qəsdə cəhd faktı olub. ANS PRESS-in məlumatına görə, bunu Yalovada hakim Ədalət və İnkişaf Partiyasının qadın qolları tərəfindən keçirilən toplantıda yazıçı-jurnalist Abdurrahman Dilipak deyib. "Ərdoğan zəhərlənib. Çəkiclə maşınının pəncərəsi sındırılaraq son anda can çəkişərkən xilas edilib. Həbsxanada zəhərləmək istəyiblər. Əməliyyata girəndə çıxmaya bilərdi. Amma iynə düşdüyü üçün vura bilmədilər". Onun sözlərinə görə, xəstəxanada olan sui-qəsdən sonra Milli Kəşfiyyat Təşkilatının (MİT) müşaviri saxlanmalı idi. Jurnalist R.T.Ərdoğanı çölə çıxaranda MİT nümayəndəsi ilə görüşdü. "Ona təslim olma dedi. Necə oyunlar oynanılır?".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM