Ərdoğandan azərbaycanlı jurnalistlə bağlı açıqlama

16:17 | 11.02.2014
Ərdoğandan azərbaycanlı jurnalistlə bağlı açıqlama

Ərdoğandan azərbaycanlı jurnalistlə bağlı açıqlama

Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtidarı əleyhinə atdığı tvitlərə görə ölkədən qovulduğu deyilən azərbaycanlı jurnalistlə bağlı fikirlərini bildirib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir yayılan iddiaların doğru olmadığını deyib: “Azəri olduğu deyilir, qəzetdə yazarmış. Onu bizim iqtidarımızın ölkədən qovduğu deyilir. Bildirim ki, bunlar yalandır. Mətbuat İnformasiya Qurumu sizə press kartınızı verər ya da verməz, bu, onların iradəsindədir. Mənimlə bağlı tvit atıbsa da, mənim bundan xəbərim yoxdur. Hələ tvitlə heç işim olmaz, heç kimi də təqib etmirəm. Mənim bu qədər boş vaxtım yoxdur. Tvitter istifadəçilərini təhqir etmək istəmirəm, amma mənim bu qədər vaxtım yoxdur. Gecə-gündüz demədən işimlə məşğulam”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM