Ərdoğandan Rusiyaya sərt MESAJLAR

13:14 | 08.10.2015
Ərdoğandan Rusiyaya sərt MESAJLAR

Ərdoğandan Rusiyaya sərt MESAJLAR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yaponiyaya səfər etməzdən qabaq jurnalistlərə açıqlamalar verib.

Modern.az Türkiyə KİV-nə istİnadən xəbər verir ki, Ərdoğan Rusiya hərbi təyyarələrinin Türkiyə hava məkanını pozmasına sərt reaksiya verib:
"Vəziyyət aydındır: Türkiyənin hava məkanının pozulması NATO-nun hava məkanının pozulması deməkdir. Qeyd etməliyəm ki, Rusiyanın bu məsələ ilə bağlı izahatı inandırıcı deyil”.  

Ərdoğan Türkiyənin Rusiyadan qaz alan əsas ölkə olduğnuu  vurğulayaraq, münasibətlərin pisləşəcəyi halda Rusiyadan qaz alışı barədə qərara yenidən baxa biləcəklərini deyib:

"Biz Rusiyadan qaz alan əsas ölkəyik. Türkiyəni itirmək Rusiya üçün ciddi zərbə olacaq. Ehtiyac olarsa, biz qazı başqa yerlərdən də ala bilərik”.  

Rəcəb Tayyip Ərdoğan Rusiya şirkətləri tərəfindən inşa olunacaq "Akkaya” Atom Elektrik Stansiyasının da başqa ölkələr tərəfindən inşa olunmasına baxa biləcəklərini vurğulayıb.

Sentybarın 30-dan başlayaraq Rusiyanın Suriyada hava əməliyyatlarına başlaması rəsmi Ankaranın ciddi narazılığına səbəb olub.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM