Ərdoğandan sərt açıqlama

11:43 | 11.10.2014
Ərdoğandan sərt açıqlama

Ərdoğandan sərt açıqlama

Türkiyə prezidenti Kobani etirazları ilə bağlı açıqlama verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə gündəmini zəbt edən Kobani hadisələri ilə bağlı hökumətin mövqeyi barədə söylənənlərə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsinə icazə verməyəcəklərini bildirib.

“Ölkəmizdə qeyri-qanuni fəaliyyətlərə icazə verməyəcəyik. Hər şey qanun çərçivəsində reallaşdırılacaq. Qanunu pozmağa çalışanlar isə əvvəl-axır bunun cəzasını çəkəcək”, deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti həmçinin, bəzi ölkələrin bu məsələdə laqeyd qaldığı halda, ölkəsinin müəyyən işlər gördüyünü də diqqətə çatdırıb: “Bu problem bəzi ölkələrə, onların dindaşlarına, ya da neft quyularına çatmayana qədər laqeyd idilər. Lakin biz bu məsələdə də insani nöqteyi-nəzərdən yanaşmağı bacardıq.”

“Bir sıra ölkələr öz müttəfiqlərini qorumaq məqsədilə 250 mindən çox insanın ölümünə, 6 milyondan çox insanın yerlərindən didərgin düşməsinə tamaşaçı qaldığı halda, biz hamı üçün sülh dedik, hamı üçün ədalət istədik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM