Türkiyə prezidenti İranın ali dini liderini qınaq hədəfinə çevirib. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin Bəşər Əsəd barəsində dediyi fikrə etirazını bildirib. Xamneyinin “İsrailə qarşı dik duran yeganə adam Əsəddir” deməsi Ərdoğanı özündən çıxarıb. Mərmərə universitetində çıxış edən Türkiyə prezidenti İranın ali dini lideri barəsində danışarkən “Belə bir ali dini lider ola bilərmi?” deyib: “Bir dini lider olaraq, Suriyada 250 min nəfər öldürülür, niyə buna qarşı çıxmadınız? Deyir ki, İsrail zülmünə qarşı ayaqda duran yeganə insan Əsəddir. Ona demək istəyirəm ki, orada öldürülənlər İsrailə qarşı dik dayanmadılarmı? Əsəd İsrailə qarşı bir dənə də olsun güllə atıbmı? 250 min insanı öldürür, siz hələ də bunlara dəstək verirsiniz. Hələ də bunlara silah, pul göndərirsiniz. Belə bir dini lider ola bilərmi?"
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !