Ərdoğanı hədələyən İŞİD-çinin şəxsiyyəti məlum oldu

11:27 | 20.08.2015
Ərdoğanı hədələyən İŞİD-çinin şəxsiyyəti məlum oldu

Ərdoğanı hədələyən İŞİD-çinin şəxsiyyəti məlum oldu

Bir neçə gün əvvəl video-müraciəti yayılan türkiyəli İŞİD terrorçusunun şəxsiyyəti məlum olub. 

ANS PRESS-in məlumatına görə, kod adı Əbu Ammar olan İŞİD üzvünün 47 yaşlı Fatih Acıpayam olduğu müəyyən olunub. Hazırda Suriyada İŞİD terror təşkilatının əmirlərindən biri olan Acıpayamın illərlə Bursa şəhərində aşpazlıq və səyyar şirniyyatçılıqla məşğul olduğu bildirilir. 

Bildirilir ki, əslən Kahramanmaraş şəhərindən olan Fatih Acıpayam 20 il əvvəl ailə həyatı qurub, 10 il əvvəl isə yaşadığı İsparta şəhərindən Bursa şəhərinə köçüb. 2014-cü ildə isə hər şeyini sataraq ailəsi ilə birlikdə Bursadan ayrılıb və Kilis şəhərindən Suriyaya keçərək İŞİD sıralarına qoşulub. 

Acıpayamın qohumu olduğunu deyən bir nəfər onun namazdan, ibadətdən uzaq bir insan olduğunu bildirib:

"İspartada olanda namaz, ibadət bimirdi. Nə olubsa bir anda olub. Biz cübbəli Əhmədin söhbətinə gedərdik. Amma o söhbətə girməz, məscidin qapısında şirniyyat satardı. Yıldırım rayonunda (Bursa) 2014-cü ilə qədər şirniyyat mağazası vardı. Suriyaya getməmişdən əvvəl 100 000 lirəyə satdı. Gedəcəyini deməmişdi. Hər halda mane olarıq, şikayət edərik deyə fikirləşib. Gizlicə getdi. Daha sonra təsadüfən zəng vurdum, halallıq ver, biz sərhəddi keçdik – dedi və telefonu bağladı. Bu hadisədən 3 ay sonra qaynanası öldü. Xəbər vermək üçün zəng vurdum. "Allahdan gəldik, Allaha dönəcəyik” – dedi və telefonu üzümə bağladı. Bir daha da xəbərləşə bilmədik.”

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM