• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Ərdoğanın andiçmə gününün tarixi açıqlanıb

Ərdoğanın andiçmə gününün tarixi açıqlanıb
30.05.2023 20:09
"İyunun 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkillərinin andiçmə mərasimi keçiriləcək, prezidentin andiçmə mərasimi isə təqvimə əsasən, şənbə günü, iyunun 3-də baş tutacaq”.

Bu sözləri Türkiyə prezidentinin baş müşaviri, Prezidentin Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum deyib.

Mehmet Uçum seçkilərin yekun nəticələrinin rəsmi açıqlanmasından sonra baş tutacaq proseslə bağlı öz "Twitter” hesabında açıqlama verib.

Uçum Mərkəzi Seçki Komissiyasının (YSK) son seçki nəticələrini bu gün "Resmi Gazete”yə göndərdiyini və yekun nəticələrin elan edildiyini xatırladıb. O bildirib ki, elandan sonrakı üçüncü gün TBMM saat 14:00-da toplanacaq.

"Prezident seçkisinin rəsmi yekun nəticəsi cümə axşamı günü açıqlanacaq və Türkiyə Böyük Millət Məclisinin sədrinə bildiriləcək.
 
Elan verildiyi gün YSK tərəfindən hazırlanan prezident seçkisinə dair hesabat da seçilmiş prezidentə təqdim edilməsi üçün TBMM rəhbərliyinə veriləcək. TBMM-in ilk iclasından sonra üç gün ərzində isə prezident protokolu təslim alaraq and içəcək”, - deyə o qeyd edib.

Mehmet Uçum bildirib ki, bu təqvimə görə, iyunun 2-də Türkiyə Böyük Millət Məclisi onun ən yaşlı üzvü olan Dövlət Bağçalının sədrliyi ilə toplanacaq və millət vəkillərinin andiçmə mərasimi keçiriləcək.
"İyunun 3-ü, şənbə günü TBMM-in müvəqqəti sədri cənab Bağçalı tərəfindən prezident seçkisi ilə bağlı hesabat seçilmiş Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək. Sonra elə həmin gün Külliyedə yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Mərasimdən sonra prezidentimiz kabinetin tərkibini elan edəcək.

İyunun 4-də təyin edilmiş vitse-prezident/müavinlər və nazirlər Türkiyə Böyük Millət Məclisinin ümumi yığıncağında and içəcəklər”, - deyə o bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Armenia Airways barred from operating flights for six months
Dünya 12:30
Armenia Airways barred from operating flights for six months
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Dünya 11:58
Abbas Əraqçi Ər-Riyad və Dohaya səfər edəcək
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol