Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

10:41 | 15.06.2021
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı açıqlanıb.

Bakıya gələn Ərdoğan buradan Ermənistan işğalından azad edilən Şuşaya yollanacaq.

Türkiyə lideri Şuşada Prezident İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Bundan sonra liderlərin təkbətək görüşü olacaq, müqavilələr imzalanacaq və birgə mətbuat konfransı keçiriləcək.

Daha sonra Ərdoğan  Bakıya qayıdacaq . İyunun 16-da onun Azərbaycan Milli Məclisində çıxışı gözlənilir. 
 
İyunun 16-ı axşam Türkiyə prezidenti  Türkiyə Milli Komandasının Uelslə keçirilən oyununu izləyəcək və Türkiyəyə dönəcək.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb