Ərdoğanın namizədliyi üçün rəsmi müraciət təqdim olundu

21:00 | 21.03.2023
Ərdoğanın namizədliyi üçün rəsmi müraciət təqdim olundu

Ərdoğanın namizədliyi üçün rəsmi müraciət təqdim olundu

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Komissiyasına müraciət edib.
 
Ərdoğanın prezidentliyə namizədliyi üçün müraciəti AKP-dən parlament fraksiyasının rəhbəri İsmət Yılmaz, partiyanın sədr müavini Əli İhsan Yavuz, MHP-dən isə parlament fraksiyası rəhbərinin müavini Erkan Akçay və MHP sədrinin müavini Feti Yıldız təqdim ediblər.
 
Qeyd edək ki, 16 martda hər iki partiyanın parlament fraksiyası Ərdoğanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb