Şuşada məktəbin təməli qoyulacaq - Prezident /VİDEO

12:51 | 27.05.2021
"Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”. 

Unikal.org xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Türkiyənin Milli Təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.

Prezident əlavə edib ki, hazırda Azərbaycanda təhsil sahəsi ilə bağlı çox ciddi islahatlar aparırıq:

"Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsilin keyfiyyətinin qaldırılması və eyni zamanda Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir”. 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM