Ərdoğanla Putin razılığa gələ bilmir

18:39 | 24.09.2015
Ərdoğanla Putin razılığa gələ bilmir

Ərdoğanla Putin razılığa gələ bilmir

Peskov: Suriya münaqişəsini həllində prezidentlər azasında fikir ayriliqları var.

"Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Suriya münaqişəsinin həlli barədə fikir ayrılıqlar var".

ANS PRESS-in məlumatına görə, bu sözləri Ərdoğan və Putinin görüşünü şərh edən Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov deyib.

Peskov bildirib ki, fikir ayrılıqlarına baxmayaraq, indiki məqamda hər iki ölkə başçısı Suriyadakı vəziyyətin normalaşmasına doğru adımlar atmağın vacibliyini vurğulayıblar. 

Prezidentlər arasında fikir ayrılığı başadüşüləndir. Çünki eyni regionda yerləşən iki dövlətin maraqları eyni olur. Hər iki ölkə regionda baş verən hadisələri özünün maraqlarına uyğun formada yönləndirmək istəyir. Putin Suriya münaqişəsinin həllini Bəşər Əsəd rejimin hakimiyyətdə qalmasında görürsə, Ərdoğan isə münaqişənin həllini yalnız hazırkı rejimin dəyişməsindən sonra mümkün olacağını iddia edir.

Amma prezidentlər 4 ildir ki, ortaq məxrəcə gələ bilmirlər. Bu isə həm Türkiyə həm də Rusiya üçün böyük problemə çevrilib. 2 milyondan çox qaçqınla və ən güclü terror təşkilatlarının sərhədlərində hegemonluq etdiyi Türkiyə Suriya münaqişəsinin yükünü boynunda daşıyır.


Suriya-Türkiyə sərhədinə qaçqın axını


Rusiya münaqişə zonası ilə birbaşa sərhəd olmasa da, amma ölkədən Suriyada döyüşməyə gedənlər arasında liderlərdəndir. Türkiyə dəfələrlə Rusiyaya Bəşər Əsəd rejiminə dəstəyi dayandırmaq barədə xəbərdarlıq etsədə amma heç bir xeyri yoxdur.

İki öklə arasından digər bir narazılıq "erməni soyqrımı"nın il dönündə yaranmışdı. Ərdoğan dostunu düşmənindən ayırmaq üçün qondarma soyqrımının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərlə eyni gündə Çanaqqala zəfərinin 100 illiyini eyni gündə təyin etdi. Amma Rusiya regiondakı ən böyük ticarət ortağını tək buraxıb, tarixi ənələrinə sadiq qaldı və Ermənistanın yanında oldu. Bu isə iki ölkə arasında narazılıqlara səbəb oldu. 


Vladimir Putin "Erməni soyqrımı" abidəsinin önündə


Verilən sərt bəyanatlara baxmayaraq, iki ölkənin hələdə regionda bir-birinə ettiyaci olduğu ortadadır. Çünki digər bir tərəfdən hər iki dövlət Avropa ölkələrinin və ABŞ-ın Yaxın Şərqdəki siyasətindən narazıdır. Məhs Moskvadakı məscid açılışında da bu narazılıq özünü büruzə verdi. Hər iki ölkə başçısı Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-da keçirilən sammitinə getməməsi buna bir misal ola bilər.

Rəcəb Tayyib Ərdoğan da elə Moskvadakı çıxışını bu isitiqamətdə qurub: "İsrailin Fələstinə qarşı ədalətsiz münasibəti nəticəsində əl-Əqsa məscidi təhlükəli vəziyyətə düşüb. Suriya, İraq, Liviya və Misirdən qaçan insanlar Avropada sığınacaq tələb edirlər. Bu gün bu utancverici mənzərənin şahidiyik. Aralıq dənizində ölən insanlığın vicdanıdır, insanlığın özüdür. Bölgəmizdə yaşanan hadisələrə bu prizmadan baxmalıyıq. Yaxın Şərqdə olan atəşi biz öz sevgimizlə söndürməliyik." 


Rəcəb Tayyib Ərdoğan-Vladimir Putin-Mahmud Abbas- Moskvada Cümə məscidin açılışında


R.T.Ərdoğan bildirib ki, Türkiyə tarixi boyu hər zaman müxtəlif inanclara sahib insanların vətəni olub. Onun sözlərinə görə, İstanbul başqa olmaqla, bir çox şəhərlərdə kilsə, məscid və sinaqoqları birlikdə görmək mümkündür. Xalqların sülh şəraitində yaşaması Rusiya və Türkiyənin müştərək təcrübəsidir. Bu gün biz həmin təcrübəni burada nümayiş etdiririk. Bu gün ölkəmizdə on minlərlə rus yaşayır. Həmin ruslar özlərini türklərdən ayrı hiss etmirlər. Biz onları qəbul etməkdən çox məmnunuq.

Prezidentlər həmçinin uzun müddətdir mətbuatda təxirə salınması barədə xəbərlər yayılan "Türk axını” qaz layihəsi haqqında müzakirələr aparıblar. Dimitri Peskov əldə olunan razılaşmalar əsasında müzakirələrin davam etdiyini bildirib. 


Müzakirə olunan "Türk axını" qaz boru xətti

İki ölkə arasında ticarət həcminin azaldığını deyən Dimitri Peskov buna rəğmən əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Putinlə Ərdoğan bu ilin sonuna qədər iki ölkə arasında iqtisadiyat komisiyasının iclası çərçivəsində yenidən görüşəcəklər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM