Ərdoğanın adamı Bakıya gəlir

13:14 | 10.02.2015
Ərdoğanın adamı Bakıya gəlir

Ərdoğanın adamı Bakıya gəlir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Azərbaycana səfər edəcək. 

ANS PRESS-in məlumatına görə, Mardindən seçilən deputat və TBMM komissiya sədri Gönül Bekin Şahkulubey aprel ayında adıçəkilən şəhəri Bakıda tanıdacaqlarını deyib. O, sərginin aprelin ilk həftəsində baş tutacağını deyib. 

G.B.Şahkulubey Mardinin ölkədən xaricdə tanıtmağın lazım olduğunu deyib. O, bununla bağlı türkiyə Mədəniyyət Nazirliyi ilə danışıqların aparıldığını da deyib. 

"Xaricdəki sərgilərlə bağlı işlərimiz davam edir. Hədəfimiz xarici sərgilərdir". 

Millət vəkili Bakıda keçiriləcək sərgidə yer aldıqlarını və 2-4 apreldə Azərbaycanda olacaqlarını qeyd edib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM